Bütün xəbərlər
Futbolçu Misirin Səudiyyə Ərəbistanına uduzmasına dözməyərək ölüb
Tarix: 26-06-2018 00:32 | Bölmə: Dünya
                  Əbdülrəhim Məhəmməd ürək tutmasından dünyasını dəyişib

Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu misirli jurnalist oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib.
Misirlilərin baş məşqçisi Ektor Kuper ötənlərin məşhur futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib.
Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb.



Baxış sayı: 758


Bölməyə aid digər xəbərlər