14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
"Sky News": Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərinə hücum edilib
Tarix: 07-05-2024 11:05 | Bölmə: Dünya

Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sındırıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə məmurların və hərbçilərin məlumatları oğurlanıb.
Hadisə barədə "Sky News" məlumat yayıb. Bununla belə, Böyük Britaniya hakimiyyəti kiberhücumun arxasında duran ölkəni göstərmir. Lakin telekanalın məlumatına görə, fırıldaqçıların Çinlə əlaqəsi olduğu iddia edilir.
Faktla bağlı şöbə araşdırmasına başlanılıb. Hücum zamanı əmək haqqı hesablama sistemləri sındırılıb, nəticədə hakerlər Böyük Britaniya nazirliyinin əməkdaşlarının, fəal hərbi qulluqçuların və veteranların şəxsi məlumatlarını ələ keçiriblər. RİA Novosti xəbər verir ki, əsasən adlar və bank rekvizitləri açıqlanıb.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər