22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ İsrailə hərbi yardımı yenidən nəzərdən keçirir
Tarix: 08-05-2024 20:50 | Bölmə: Dünya

Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, ABŞ Qəzza zolağında Fələstinin Rəfah şəhəri ətrafında yaranmış vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ştatların müdafiə nazirinin dediyi kimi, Birləşmiş Ştatlar Rəfahda baş verən hadisələr fonunda bəzi hərbi yardımların çatdırılmasını dayandırıb. Onun sözlərinə görə, söhbət bir partiya silahdan gedir.
Bu bəyanat ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələr zamanı səsləndirilib.
Xatırladaq ki, bir müddət əvvəl İsrail Maliyyə Nazirliyinin rəhbəri Bezalel Smotriç HƏMAS-la danışıqların əleyhinə olduğunu və Rəfahın ələ keçirilməsinə çağırdığını bildirmişdi.




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər