22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ Avropada böyük hərbi təlimlər keçirir
Tarix: 07-05-2024 23:59 | Bölmə: Dünya

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar NATO-nun altı ölkəsindən 5 min əsgərin iştirak etdiyi Avropada Astral Cəngavər 2024 raket və hava hücumundan müdafiə təliminə başlayıb.
"Bu manevrlər ABŞ Müdafiə Nazirliyinin genişmiqyaslı qlobal təliminin bir hissəsidir" -ABŞ müdafiə sözçüsü brifinq zamanı deyib.
Sinqin sözlərinə görə, təlim mayın 8-də başlayıb və 2 həftə davam edəcək. Onlara 50-yə yaxın təyyarə, həmçinin Böyük Britaniya, ABŞ, Litva, Latviya, Polşa və Estoniyadan olan 5 min hərbi qulluqçu cəlb olunacaq.
Pentaqonun mətbuat katibinin müavini həmçinin bildirib ki, Amerika Rusiyanın qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün keçiriləcək təlimləri “tamamilə məsuliyyətsiz” hesab edir və ABŞ hərbi departamentinin Rusiya ordusu ilə bağlı “bölgədə baş verənləri” izlədiyini qeyd edib.


Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər