22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Şolts: "35 min Alman əsgəri müttəfiqlərə kömək etməyə hazırdır"
Tarix: 06-05-2024 22:22 | Bölmə: Dünya

Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı bildirib ki, 35 minə yaxın alman hərbçisi fövqəladə vəziyyətdə Almaniyanın müttəfiqlərinə tez kömək etməyə hazırdır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya liderinin xüsusilə qeyd etdiyinə görə, Bundesver Avropanın şimal-şərqi və mərkəzi ölkələrinin müdafiəsinə yönəlib, RİA Novosti yazır.
Şolts özünün X sosial şəbəkəsində də yazıb ki, silahlı münaqişələrdə nüvə silahından istifadə edilməməlidir. O, Rusiyada planlaşdırılan və taktiki nüvə silahlarının tətbiqini sınaqdan keçirəcək təlimləri belə şərh edib.
Bundan əlavə, aprelin sonunda Almaniya kansleri Ukraynaya alman əsgərlərinin göndərilməsini istisna edib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər