Bütün xəbərlər
Finlandiya qaçqınlarla bağlı qanunun qəbulundan sonra Rusiya Federasiyası ilə sərhədin açılmasına icazə verib
Tarix: 19-05-2024 22:11 | Bölmə: Dünya

Finlandiya qaçqınlarla bağlı qanunun qəbulundan sonra Rusiya ilə sərhədini “ehtiyatla” aça bilər, baş nazir Petteri Orpo yerli radioya müsahibəsində deyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəlcə bir keçid məntəqəsi aça bilərlər. Rusiya Federasiyası ilə razılığa gələ bilsək, başqaları açılacaq.
Baş nazirin qeyd etdiyinə görə , yazın gəlişi ilə sərhədi qanunsuz keçməyə cəhdlərin sayında artım müşahidə olunmur. Orpo minlərlə insanın Finlandiya sərhədini keçmək üçün gözlədiyini də bildirib.
Əvvəllər məlum olub ki, Finlandiya Daxili İşlər Nazirliyi respublikadan kənarda olan əcnəbilərin yaşayış icazələrini ləğv etmək hüququ əldə etmək istəyir. Bundan başqa, ölkəyə giriş qadağasının müddəti 5 ildən 15 ilə qədər artırıla bilər.


Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər