Bütün xəbərlər
Pilot Vladimir vilayətində əldəqayırma təyyarə qəzasında həlak olub
Tarix: 19-05-2024 23:19 | Bölmə: Karusel

Vladimir vilayətinin Suzdal rayonunun Pavlovskoye kəndi yaxınlığında əldəqayırma yüngül təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əl istehsalı təyyarənin 62 yaşlı pilotu dünyasını dəyişib.
Pilot həm də qəzaya uğrayan təyyarənin konstruktoru olub. Müstəntiqlər aerodrom yaxınlığında qəza yerində işləyirlər. Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma") ilə yoxlama aparılır.
Təyyarə tarlada qəzaya uğrayıb, Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti Telegram kanalında aydınlıq gətirib.




Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər