Bütün xəbərlər
Ana uşaqları ilə birlikdə tüstü basmış otaqda onları tapmaq istəyərkən dünyasını dəyişib
Tarix: 19-05-2024 20:28 | Bölmə: Cəmiyyət

Bazar günü, mayın 19-da Rusiya Fövqəladə Hallar Nazirliyi Perm vilayətində bir ailənin 3 üzvünün öldüyü barədə məlumat yayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında Nyrob kəndinin Lesnaya küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Hər şey iki və üç yaşlı uşaqların oynadığı otaqdan tüstünün çıxması ilə başlayıb.
Ailənin atası yanan çarpayıya su gətirmək üçün qaçıb, ana isə uşaqları tapıb aparmağa çalışıb.
Nəticədə 26 yaşlı qadın tüstüdən nəfəs alıb huşunu itirib və daha sonra uşaqları ilə birlikdə dünyasını dəyişib.
Kişi yanan otağa girə bilməyib və küçəyə qaçmaq məcburiyyətində qalıb, oradan yanğınsöndürənləri çağırıb və yanğını söndürüb.
İstintaq Komitəsi tərəfindən ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb, araşdırma prokurorluq nəzarətinə götürülüb.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər