Bütün xəbərlər
XİN: Rusiya İran prezidentini daşıyan itkin düşən helikopterin axtarışına kömək etməyə hazırdır
Tarix: 19-05-2024 23:25 | Bölmə: Manşet

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Tehrana İran prezidenti İbrahim Rəisini daşıyan itmiş "Mi-171" helikopterinin tapılmasında kömək təklif edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva İranın cənub-qərbində dağlarda yoxa çıxan yüksək səviyyəli İran nümayəndələrini, o cümlədən ölkə prezidentini daşıyan helikopterin sərnişinlərinin taleyi ilə bağlı bütün məlumatları diqqətlə izləyir.
"Biz ürəkdən ümid edirik ki, onlar sağdırlar, həyatları və sağlamlıqları təhlükə altında deyil" -Mariya Zaxarova deyib.
Rusiyadan başqa, Azərbaycan, Ermənistan, İraq, Türkiyə və Səudiyyə Ərəbistanı da helikopterin tapılmasına yardım təklif edib. Avropa Birliyi öz peyk sistemlərindən İran prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan itmiş vertolyotu axtarmaq üçün istifadə edəcəyinə söz verib.
Sərt enişdən sonra, İranın vitse-prezidenti Möhsün Mənsurinin dediyi kimi, helikopter heyəti ilə əlaqə yaradılıb. "Mi-171"-in yüksək rütbəli sərnişinlərindən birinə də çata bildik. Mənsuri dağlıq ərazi, duman, yağıntı və gecənin başlaması ilə çətinləşən axtarış əməliyyatının uğurlu nəticəsinə ümid etdiyini bildirib.
Üç İran helikopterindən biri Verzeqan bölgəsində duman səbəbindən “sərt eniş edib”. Bu şəhər Azərbaycan sərhədindən təxminən 40 kilometr aralıda yerləşir. Azərbaycandan qayıdan daha iki helikopter aerodromda sağ-salamat yerə enib.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub