14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Məhkəmə Baydenin oğluna qarşı silah ittihamlarını ləğv etməkdən imtina edib
Tarix: 09-05-2024 22:54 | Bölmə: Dünya

"ABC News"in məlumatına görə, Pensilvaniya ştatının apellyasiya məhkəməsi ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin qanunsuz silah saxladığına görə işinə xitam verməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər Delaver ştatının rayon məhkəməsi də işin rədd edilməsi barədə vəsatəti rədd etmişdi. Məhkəmənin qərarında bildirilir ki, cavabdeh rayon məhkəməsinin qərarının apellyasiya şikayəti üçün əsas olduğunu sübut etmədiyi üçün apellyasiya şikayəti təmin olunmayıb.
Amerika liderinin oğlu 2018-ci ildə qanunsuz silah alverində ittiham olunur, o, tapança alarkən narkotik qəbul etmədiyini deyib. Ümumilikdə onu 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir.
Daha əvvəl Hunter Bayden atasının ABŞ prezident seçkilərində qələbəsi üçün ayıq olmalı olduğunu söyləyib.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər