Bütün xəbərlər
Reklam lövhəsinin uçması nəticəsində azı 8 nəfər həlak olub
Tarix: 13-05-2024 22:43 | Bölmə: Dünya

Hindistanın Mumbay şəhərində reklam lövhəsinin uçması nəticəsində azı 8 nəfər həlak olub, yerli "Hindustan Times" yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhər rəhbərliyinin bildirdiyinə görə, reklam lövhəsi qanunsuz, lisenziyasız tikilib. İndi 100-ə qədər insan dağıntılar altında qalıb.
Xilasedicilər artıq 57 qurbanı dağıntılar altından çıxarıblar.
Reklam lövhəsinin həmin an insanların çox olduğu yanacaqdoldurma məntəqəsinin üzərinə düşdüyü dəqiqləşdirilir.
Xatırladaq ki, mayın 13-də Mumbayda küləyin sürəti saniyədə 13 metrə çatan güclü yağış yağıb. Pis hava şəraiti bir neçə reysin təxirə salınmasına və dəmiryolunun işini dayandırmasına səbəb olub.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər