Bütün xəbərlər
"Reuters": Floridada Trampın Boeing təyyarəsi toqquşub
Tarix: 15-05-2024 08:29 | Bölmə: Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Boeing 757” təyyarəsi Florida ştatındakı hava limanında başqa bir təyyarə ilə toqquşub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" agentliyinin mənbəsinin məlumatına görə, Tramp təyyarəsi West Palm Beach beynəlxalq hava limanında qanadı ilə biznes təyyarəsinə dəyib.
Agentlik ABŞ Federal Aviasiya Administrasiyasının hesabatına istinadən bildirib ki, özəl “Boeing 757” park edilmiş təyyarəni vurub. Lakin sənəddə təyyarənin Trampa məxsus olduğu qeyd olunmur. Hazırda şöbədə araşdırma aparılır.
Keçmiş Amerika liderinin qərargahı "Reuters"in sorğusuna cavab verməyib. Agentliyin məlumatına görə, Tramp Nyu Cersidə mitinq keçirirmiş və təyyarə ilə bağlı insident bazar günü yerli vaxtla saat 1 radələrində Vest Palm-Biçə endikdən sonra baş verib.




Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər