Bütün xəbərlər
İran Rusiya kəşfiyyat xidmətlərindən Rəisinin helikopter qəzasını araşdırmaq üçün kömək istəməyib
Tarix: 20-05-2024 14:12 | Bölmə: Siyasət

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin təyyarəsinin qəzaya uğramasının təhqiqatında Rusiya xüsusi xidmət orqanlarının mümkün iştirakı ilə bağlı Rusiya tərəfinə müraciət etməyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərə müvafiq sualı cavablandırarkən deyib: “İranlı dostlarımızdan bununla bağlı heç bir siqnal olmayıb”.
Peskov rəsmi Tehranın Rəisinin dəfn mərasiminə Rusiya rəsmilərini dəvət etmədiyinə də işarə edərək, dəfn ənənəsinin beynəlxalq nümayəndələrin iştirakı ilə heç bir mərasimi nəzərdə tutmadığını açıqlayıb. “Bizim iranlı dostlarımızdan bu barədə heç bir məlumatımız yoxdur”, - Rusiya prezidentinin mətbuat katibi əlavə edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı teleqramı göndərib. Rusiya lideri İran prezidentini bütün həyatını vətəninə xidmətə həsr etmiş görkəmli siyasətçi adlandırıb.


Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər