Bütün xəbərlər
Misir artıq Rəfah keçid məntəqəsinin fəaliyyətini İsraillə əlaqələndirməyəcək
Tarix: 11-05-2024 21:12 | Bölmə: Dünya


Misir hakimiyyəti Rəfah nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı gələcək fəaliyyətlərini İsrail tərəfi ilə əlaqələndirməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçid məntəqəsi Qəzza zolağı ilə sərhəddə yerləşir.
Misirin bu qərarından Əl-Qahirə əl-İxbariyyə telekanalı xəbər tutub. Qahirə hesab edir ki, İsrail “Qəzzada vəziyyətin kəskin şəkildə pisləşməsinə görə tam məsuliyyət daşıyır”.
İsrail ordusu mayın 7-də Rəfah keçid məntəqəsini ələ keçirərək anklavda vəziyyəti gərginləşdirib. Misir İsrail tərəfinin hərəkətlərini pisləyib.


Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər