Bütün xəbərlər
Sankt-Peterburqda yanan emalatxananın damı uçub
Tarix: 18-05-2024 23:48 | Bölmə: Karusel

Sankt-Peterburqun Primorski rayonunda mayın 18-də axşam saatlarında polietilenin saxlanması sexinin binasında yanğın baş verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, 70 ilə 72 metr, hündürlüyü 10 metr olan dəmir-beton anqardır.
Fövqəladə Hallar Nazirliyinin şəhər şöbəsinin Telegram-kanalında verilən məlumata görə, bu günə qədər yanğın 600 kvadratmetr ərazidə lokallaşdırılıb, 400 kvadratmetr sahədə dam örtüyü uçub.
Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin 31 əməkdaşı iştirak edir, 8 texnika hadisə yerindədir.
Ölən və yaralananlar barədə məlumat verilmir.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər