Bütün xəbərlər
Alman ekspert Lange: "Rusiya raketlərinin NATO ərazisindən məhv edilməsi qanunidir"
Tarix: 19-05-2024 21:09 | Bölmə: Siyasət

Münhen Təhlükəsizlik Konfransının baş elmi işçisi Niko Lange Almaniya mətbuatına müsahibəsində Ukrayna hava məkanında olan Rusiya raket və dronlarının NATO ölkələrinin ərazisindən tutulması qanunidir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ekspertin əlavə etdiyinə görə, bu hərəkətlər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd deyil. Rusiya raketləri Slovakiya, Polşa və Rumıniya ərazisindən vurula bilər. Eyni zamanda, hazırda Ukraynanın qərb hissəsini əhatə edən hava hücumundan müdafiə sistemləri cəbhə xəttinə daha da yaxınlaşdırıla bilər, Lange əlavə edib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin tələb olunan sayda hava hücumundan müdafiə sistemlərinin cəmi 25%-nə malik olduğundan şikayət edib. Kiyev rejiminin başçısı “Patriot” zenit-raket komplekslərinin alınması üçün Qərbdən daha 3 milyard dollar istəyib.



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər