Bütün xəbərlər
Kassierra RPL tarixində bir oyunda beş qol vuran ilk oyunçudur
Tarix: 19-05-2024 21:34 | Bölmə: Karusel

Sankt-Peterburqun “Zenit” klubunun hücumçusu Mateo Kassierra Rusiya Premyer Liqası tarixində bir oyunda 5 qol vuran ilk futbolçu olub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, ölkə çempionatının 29-cu turunun “Axmat”la oyununda baş verib. Görüş hazırda Qroznıda keçirilir, hesab 5:1 Sankt-Peterburq komandasının xeyrinədir.
Kolumbiyalı 4, 9, 44, 47 və 51-ci dəqiqələrdə fərqlənib. Ümumilikdə 27 yaşlı forvard cari mövsümdə 24 qola imza atıb.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər