14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Məhkəmə Nensi Pelosinin evinə hücum edən şəxsə 30 il həbs cəzası verib
Tarix: 17-05-2024 23:24 | Bölmə: Dünya

San-Fransisko məhkəməsi 2022-ci ilin oktyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin evinə soxulmuş təcavüzkarı cəzalandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kanadalı David DePape Pelosinin San-Fransiskodakı evinə girdiyi üçün 30 il həbs cəzası alıb. Orada o, amerikalı konqresmen qadının ərinə çəkiclə xəsarət yetirib. Paul Pelosinin kəllə sümüyünün sınığı və hər iki qolundan ağır xəsarətlər aldığı bildirilir.
Nensi Pelosi hadisə zamanı Vaşinqtonda olub. Cinayətkar dərhal saxlanılıb və ABŞ rəsmisinin ailə üzvünə hücum etmək və məmuru qaçırmağa cəhd etməkdə ittiham olunub.
RİA Novosti xatırladır ki, 2023-cü ilin noyabrında münsiflər heyəti DePapeni adam oğurluğuna cəhddə və evə hücumda təqsirli bilib. Ümumilikdə onu 50 ilə qədər həbs cəzası gözləyirdi.
Həbs edildikdən sonra DePape "yarımçıq qalan iş" üçün peşman olduğunu bildirib və hücuma "daha yaxşı hazırlaşmalı" olmasından şikayətlənib.




Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər