Bütün xəbərlər
"Reuters": ABŞ Rusiya almazlarına qarşı sanksiyaları yumşalda bilər
Tarix: 17-05-2024 19:54 | Bölmə: Dünya

Birləşmiş Ştatlar Afrika, Hindistan və BƏƏ-dən olan tərəfdaşların narahatlıqlarını nəzərə almağa və G7-nin rus almazlarına qadağasının ən sərt elementlərinə yenidən baxmağa qərar verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üç mənbənin "Reuters"ə verdiyi məlumata görə, Vaşinqton almaz izləmə mexanizminin tətbiqi ideyasına soyuq yanaşıb. Mövzu ilə bağlı müzakirələrin dalana dirəndiyi bildirilir.
Eyni zamanda Bayden administrasiyasının nümayəndələrindən biri bildirib ki, bu mexanizmin işi yalnız Avropa İttifaqına aid olacaq, ABŞ-a aidiyyəti yoxdur.
Rəsmilərdən birinə görə, biz bunu “ABŞ sənayesi üçün işlətməliyik”.
Rusiyadan Aİ və G7 ölkələrinə almaz idxalına qoyulan məhdudiyyətlər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər