14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Slovakiyanın baş naziri Fikonun həyatı hələ də təhlükə altındadır
Tarix: 16-05-2024 10:28 | Bölmə: Dünya

Slovakiyanın "Markiza" telekanalı xəstəxanadakı mənbəyə istinadən xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fikonun həyatına qəsd və mürəkkəb əməliyyatdan sonra vəziyyəti ağırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, Fikonun həyatı üçün təhlükə hələ də qalmaqdadır.
KİV-in məlumatına görə, hücumu Bratislavadan 190 kilometr aralıda yerləşən Qandlova şəhərində insanları salamlamağa gələn Fikoya atəş açan 71 yaşlı yazıçı Yuray Çintula həyata keçirib. Baş nazir təcili olaraq helikopterlə xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs hökumət başçısına 5 dəfə atəş açıb və siyasi motivli olub.
Fiko Ukraynaya silah tədarükünə mənfi münasibəti və üçüncü dünya müharibəsinin eskalasiyasından ehtiyat edərək Kiyevin NATO-ya üzvlüyünü əngəlləmək niyyəti ilə tanınır. O, həmçinin hesab edir ki, Rusiya NATO-nun genişlənməməsi vədlərinə aldanıb. Bundan əlavə, baş nazir bildirib ki, Slovakiya Rusiyanı düşmənə çevirməkdə maraqlı deyil.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Fikoya hücumu pisləyir və bunu tamamilə qəbuledilməz hesab edir.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər