Bütün xəbərlər
Lavrov ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Astanaya gəlib
Tarix: 19-05-2024 22:06 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasının keçiriləcəyi Astanaya səfər edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın sədrliyi ilə keçiriləcək iclasda xarici əlaqələr idarələrinin rəhbərləri assosiasiyanın vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, beynəlxalq gündəliyə diqqət yetirəcək, Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Lavrov həmçinin həmkarları ilə təşkilatın sammitinə (3-4 iyul) hazırlığı müzakirə edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bundan əlavə, ŞƏT-ə üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri təşkilatın yeni baş katibi və Regional Antiterror Strukturunun (RATS) icraiyyə komitəsinin direktoru vəzifələrinə namizədlərə baxacaqlar.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub