21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
Heydər Əliyev və gömrük sistemində islahatlar-Namiq MƏMMƏDOV
Tarix: 24-09-2023 01:27 | Bölmə: Yazarlar

Gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır. Bu da sahibkarların daha asan və rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla onların fəaliyyətini stimullaşdırmış, həmçinin şəffaf biznes mühitinin formalaşmasında mühüm rol oynamışdır.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir.
Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi eyni zamanda hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqaj və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən “on-layn” qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə bilirlər. Həmçinin vətəndaşların sərhəddən keçidini daha asan etmək məqsədilə bütün sərhəd-buraxılış məntəqələrində “Gömrük” köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar.
Qloballaşan dövrdə, əsrin digər əsrlə əvəz olunduğu bir vaxtda, ictimai – iqtisadi formasiyanın dəyişdiyi bir zamanda, müasir texnologiyalar əsrində ulu öndər Heydər Əliyevin gömrük işi haqqında dediyi kəlamları unutmayaq: “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarmdan biridir”.
Namiq MƏMMƏDOV
Baxış sayı: 4 371
Bölməyə aid digər xəbərlər
Tarix: 24-09-2023 01:27 | Bölmə: Yazarlar

Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarmdan biridir. HEYDƏR ƏLİYEV Gömrük yüzilliklər boyu mövcud olmuşdur və dünyanın hər bir dövlətinin struktur elementidir. Gömrük fəaliyyəti ticarətin inkişafı ilə bilavasitə bağlıdır. Tarixdə gömrük işi faktlan qədimdən məlumdur. Hindistanın qədim sənədlərindən biri "Artaşaxastra"da (e.ə. III əsr) hökmdar o cümlədən, gömrük xəzinəsinin formalaşmasının bir sıra aspektləri şərh edilir. Rüsum hökmdar xəzinəsinin mənbələrindən biri olaraq müəyyənləşdirilmiş, tacirlərin yadelli malları ölkəyə gətirməsini 3 stimullaşdırmaqda, hökmdann siyasi maraqlanna uyğun olaraq karvan tacirlərinin rüsumlardan azəd ediiməsində "lütfkar münasibət" olduğu nəzərdə tutulurdu. Qədim hind "Manu qanunları"nda (eramızdan əvvəl) gömrük rüsumlarıntn hesablanmasında ilk təlimatlar verilir. Həmin təlimatlara görə satış və alış qiyməti, yol və yemək məsrəfləri nəzərə alınmalı idi. Palmir Vergi Tarifi (qədim Suriya, bizim eranın 137-ci ili) gömrük işinin inkişafını göstərən qiymətli tarixi abidədir. O, Sankt-Peterburqda Dövlət Ermitajında saxlanır. Abidənin çəkisi 15 ton təşkil edir. Onda ilk dəfə olaraq dövlətin iqtisadiyyatının müdafiəsi üzrə proteksionist tədbirlər əksini tapmışdır... Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin beşillik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyev qeyd etmişdir: "...hər bir müstəqil dövlətin özünə məxsus olan, onun müstəqilliyini təmin edən və təşkil edən orqanları, strukturları olmalıdır ki, onlardan biri gömrük xidmətidir. O, dövlət müstəqilliyinin müdafiəsini, inkişafını həm iqtisadi, həm də siyasi baxımdan təmin etmək üçün çox mühüm və çox lazımlı təşkilatdır». 1995 – ci ildə Ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1994-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş muşavirədə giriş sözü ilə demişdir: - “Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır. Azərbaycan üç ildən artıqdır ki, müstəqil dövlətdir. Respublikada iqtisadi dəyişikliklər gedir. Azərbaycanın dünya birliyi ilə, xarici ölkələrlə iqtisadi əlaqələri genişlənir, inkişaf edir. Bu baxımdan gömrük xidməti mühüm əhəmiyyət kəsb edir”. Daha sonra ümummilli lider deyir: “ - Gömrük orqanları Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra yaranmışdır. Onlar fəaliyyət göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük nöqsanlarımız, çatışmazlıqlarımız da var. Bunların başlıcası iqtisadiyyatın belə vəziyyətə düşməsi, xarici ölkələrlə iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmamasıdır. Bu çatışmazlıqların mövcud olmasının əsas səbəblərindən biri gömrük orqanlarının işindəki nöqsanlardır. Ona görə də biz gömrük orqanlarının işi ilə ciddi məşğul olmalıyıq. Buna əsaslanaraq mən bu gün həmin məsələnin geniş tərkibdə müzakirə olunmasını luzumlu hesab edirəm. Buraya müvafiq nazirliklərin rəhbərləri, bir neçə sərhəd rayonlarının icra hakimiyyəti başçıları, gömrük orqanlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri dəvət olunublar. Bu da onunla əlaqədardır ki, gömrük işi həyatımızın çox sahələri ilə bağlıdır. Bizim çox işlərimiz gömrük orqanlarının fəaliyyətindən asılıdır. Digər tərəfdən, indi xarici ölkələrlə əlaqələrimiz intensivləşdiyinə görə həm iş adamlarının əlaqələri, həm dövlət istehsal orqanlarının, müəssisələrinin, nazirliklərin, dövlət bölməsinin xarici ölkələrlə əlaqələri, həm də vətəndaşların xaricə gedişgəlişi çox artdığından gömrük orqanlarının işi çoxalmışdır.” Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyavi dövlət quruluşu yolu ilə irəliləyən müstəqil Respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ – hüquqi baza yaradılmışdır.Xalqımız Heydər Əliyev siyasətini və həyata keçirdiyi mütərəqqi islahatları dəstəkləmişdir.Alternativi olmayan bu siyasət təkcə ümummilli deyil, həm də fərdi maraqları özündə ehtiva etmiş hər bir vətəndaşın qanuni mənafelərini uca tutmuşdur. Peşəkar siyasətçi çox yaxşı bilirdi ki, vətəndaşların fərdi mənafelərini nəzərə almadan ümumi topluma aid maraqları təmin etmək mümkün deyildi. Bu da onun müdrik, ədalətli və insanpərvər rəhbər olmasının daha bir təsdiqidir. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. 1995-ci ilin əvvəllərindən etibarən, Dövlət Gömrük Komitəsi yeni rəhbərliyinin az müddətdə kadr potensialını yeniləşdirməsi, gömrük nəzarətinin səmərəsinin və xidməti intizamın gücləndirilməsi, struktur dəyişikliklərinin keçirilməsi, gömrük buraxılış məntəqələrinin texniki resurslarının möhkəmləndirilməsi və yeni gömrük postlarının yaradılması, avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, tariftənzimləmə sisteminin təkmilləşdirilməsi və s. tədbirləri nəticəsində Respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı.. ...“-Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran vəzifələr çox böyükdür və siz bu vəzifələri layiqincə yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz. Gömrük xidmətinin vəzifəsi təkcə iqtisadi xarakter daşımır, yəni gömrük xidməti Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün lazım olan bir təşkilat kimi, eyni zamanda, başqa funksiyalar da daşıyır. Bu funksiyaların hamısını siz layiqincə yerinə yetirməlisiniz” - deyən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifəsinin yerinə yetirilməsində, dünya birliyində Respublikamızın demokratik, hüquqi bir dövlət olaraq tanınmasında gömrük xidmətini də mühüm dövlət orqanı kimi ön cərgədə görmək istədiyini bildirirdi. Sözügedən dövrdə Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələri də genişlənmiş, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsində və möhkəmləndirilməsində rolu artmışdı. Azərbaycan Respublikası 17 iyun 1992-ci ildən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) üzvü olsa da, yalnız 1995-ci ildən başlayaraq gömrük sisteminin yüksələn xətlə inkişafı, beynəlxalq standartlara uyğun olaraq gömrük işinin təkmilləşdirilməsi beynəlxalq təşkilatlarda daha geniş və səmərəli təmsil olunmacına şərait yaratdı. ÜGT-nin Baş katibi Mişel Danenin 1999-cu ilin sentyabrında postsovet məkanında ilk dəfə Azərbaycana səfəri və dövlət başçısı Heydər Əliyevlə danışıqları ölkəmizlə bu təşkilat arasında ikitərəfli əlaqələrin yaradılmasında mühüm rol oynadı... Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Müasir dövrdə Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında Respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır. Bu müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev yaratmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu və mütərəqqi siyasət nəticəsində bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, Gömrük işinin təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Bu baxımdan, son 20 illik dövr ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində mütərəqqi islahatların aparılması, yüksək iqtisadi göstəricilərin əldə olunması ilə yanaşı, həm də qlobal transmilli enerji və nəqliyyatkommunikasiya layihələrinin reallaşması, balanslaşdırılmış daxili və xarici siyasətin həyata keçirilməsilə yadda qalacaq. Hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Etibarlı gömrük xidməti isə hər bir zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər biri Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissi ilə yanaşır və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşür. Dövlət Gömrük Komitəsinin rəhbərliyi yerlərdə vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların müraciətini diqqətlə dinləyir və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verir. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə həll olunur. Dövlət Gömrük Komitəsi ayrıca olaraq sahibkarlarla da görüşlər keçirir və bu görüşlər artıq ənənə halını alıb. İşgüzar dairələrin nümayəndələri ilə davamlı görüşlər qarşıda duran məsələlərin müəyyən olunmasına və onların həlli yollarının axtarılmasına öz töhfəsini verir. Biznes nümayəndələrilə hər zaman açıq dialoqa hazır olan Dövlət Gömrük Komitəsi təkcə ötən illər ərzində Bakıda IV Beynəlxalq "Caspian Energy Forum"da, AlmanAzərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə, Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə, Alman-Azərbaycan Biznes-Forumunda və "Caspian European Club" və "Caspian American Club"ın üzvləri ilə görüşlər keçirmişdir. DGK İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən "İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda Konfransda, rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin və iş adamlarının iştirakı ilə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbirdə iştirak etmişdir. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 20 fevral 2017-ci il tarixli sərəncamının müddəalarına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən mühüm işlər görülüb və bu işlər davam etdirilir. Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Azərbaycana bir neçə dəfə səfər etməsi, Azərbaycan Prezidenti tərəfindən qəbulu həm Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, həm də dövlət başçısının bu sahəyə xüsusi diqqət göstərməsinə bariz nümunədir. Dövlət Gömrük Komitəsində “Gömrük – sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin təşkili üzrə qabaqcıl təcrübələrin öyrənilməsi” mövzusunda görüş keçirilmişdir. DGK Akademiyasında gömrük əməkdaşları üçün ixtisasartırma təlimləri keçirilmişdir. Görülən gərgin işlər göz önündədir və Dövlət Gömrük xidməti inkişaf mərhələsindədir.
Dövlət Gömrük Komitəsi sədri Şahin Bağırov gömrük-biznes əməkdaşlığı çərçivəsində ictimai müzakirələrin əhəmiyyətini həmişə önə çəkib, sahibkarların gömrüklə bağlı məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımlar atılıb, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşır.Gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır. Bu da sahibkarların daha asan və rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla onların fəaliyyətini stimullaşdırmış, həmçinin şəffaf biznes mühitinin formalaşmasında mühüm rol oynamışdır.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir.
Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi eyni zamanda hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqaj və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən “on-layn” qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə bilirlər. Həmçinin vətəndaşların sərhəddən keçidini daha asan etmək məqsədilə bütün sərhəd-buraxılış məntəqələrində “Gömrük” köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar.
Qloballaşan dövrdə, əsrin digər əsrlə əvəz olunduğu bir vaxtda, ictimai – iqtisadi formasiyanın dəyişdiyi bir zamanda, müasir texnologiyalar əsrində ulu öndər Heydər Əliyevin gömrük işi haqqında dediyi kəlamları unutmayaq: “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarmdan biridir”.
Namiq MƏMMƏDOV
Baxış sayı: 4 371
Bölməyə aid digər xəbərlər
24-09-2023, 01:27
Heydər Əliyev və gömrük sistemində islahatlar-Namiq MƏMMƏDOV
7-09-2023, 23:28
Baydenin yerini tutmağa hazır olduğunu dedi
4-04-2020, 02:34
"Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa"-JURNALİST ƏMRAH FƏQANOĞLU YAZIR
25-11-2017, 14:07
Vaxt itkisi - Qalib İBRAHİMOĞLU
15-11-2017, 21:42
Üzə tüpürmək asandır, yoxsa sözə?...NAMİQ HƏSƏNOV YAZIR...
15-11-2017, 09:46
Mətanət ƏLİYEVA - Bakı və Cocuq Mərcanlı
14-11-2017, 16:59
Qalib İBRAHİMOĞLU - Döyülən zamin - Qalib İBRAHİMOĞLU













