22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Cənubi Afrikada tikilməkdə olan ev uçub, 59 nəfər dağıntılar altında qala bilər
Tarix: 06-05-2024 21:29 | Bölmə: Dünya

Cənubi Afrikanın Corc şəhərində tikilməkdə olan ev uçub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "News24" telekanalının məlumatına görə,  dağıntılar altında 59 nəfər ola bilər.
Jurnalistlər hadisənin Viktoriya küçəsində baş verdiyinə aydınlıq gətirirlər. İnşaatçılar içəridə olarkən ev uçub. Bir neçə itki artıq məlumdur.
Hadisə yerində xilasedicilər və həkimlər işləyir.
Corc şəhəri Cənubi Afrikanın cənub-qərbindəki bir əyalətdə - Keyptaun və Port Elizabet arasında yerləşir.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər