14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
SEPAH generalı Putinin qərarının bütün dünyaya təhlükəsizlik gətirəcəyinə ümid edir
Tarix: 18-05-2024 20:34 | Bölmə: Dünya

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müdafiə sahəsində mədəniyyət və təbliğat üzrə müavini, briqada generalı İbrahim Qolfam mülki şəxs Andrey Belousovun Rusiya Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunmasına münasibət bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, general Rusiya prezidenti Vladimir Putinin bu qərarının Rusiya hökumətinə sabitlik və güc kimi keyfiyyətlər bəxş edəcəyinə və “Yaxın Şərq regionuna və bütün dünyaya təhlükəsizlik gətirəcəyinə” ümid etdiyini bildirib.
O qeyd edib ki, bu təyinat “Rusiya hökumətinin və cənab Putinin daxili gündəliyində olan məsələdir”, RİA Novosti xəbər verir.
"Lakin bu, adi bir təcrübədir: dünyanın bəzi ölkələrində mülki şəxslər müdafiə naziri ola bilər", - SEPAH generalı qeyd edib.
Qolfam Sergey Şoyqunun 12 il ərzində Rusiya Müdafiə Nazirliyinə rəhbərlik etməsi faktını da müsbət qiymətləndirib.
Bu, iranlı generalın fikrincə, keçmiş nazirin hökumət rəsmilərinin bəyənməsindən və dəstəyindən istifadə etdiyini deməyə əsas verir.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər