22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Çin Xalq Respublikasının rəhbəri Parisdə keçirilən Olimpiya Oyunları zamanı atəşkəs ideyasını dəstəkləyib
Tarix: 06-05-2024 22:16 | Bölmə: Dünya

Çin prezidenti Si Cinpin Yay Olimpiya Oyunları zamanı ümumi atəşkəsin bağlanması ideyasını dəstəkləyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin lideri bunu Parisdə Fransa prezidenti Emmanuel Makronla ikitərəfli danışıqlardan sonra bəyan edib.
"Bugünkü dünya çox təlatümlüdür"-Çin Xalq Respublikasının başçısı deyib. Onun sözlərinə görə, Çin Fransa ilə birlikdə Oyunların keçirildiyi müddət ərzində atəş və döyüş əməliyyatlarının dayandırılması təşəbbüsü ilə çıxış edir.
Makron da öz növbəsində Ukraynada “beynəlxalq hüquqa uyğun olaraq davamlı sülhə” nail olmaq istədiyini bildirib. Fransa prezidenti həmçinin Fələstin-İsrail münaqişəsinin iştirakçılarını tezliklə atəşkəsə çağırıb.
Makron "La Tribune"ə verdiyi müsahibədə bir gün əvvəl Si Cinpinlə bütün hərbi əməliyyatlarda “Olimpiya barışığı”nın bağlanmasını müzakirə etmək niyyətində olduğunu açıqladı. Jurnalistin bu təşəbbüsün Rusiya-Ukrayna münaqişəsinə aid olub-olmaması sualını cavablandıran siyasətçi qeyd edib ki, “biz hər yerdə cəhd etməliyik”.
Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər