Bütün xəbərlər
İsrail ordusu HƏMAS tərəfindən qaçırılan daha bir girovun cəsədini tapıb
Tarix: 18-05-2024 23:08 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 7-də Fələstinin Həmas hərəkatı tərəfindən qaçırılan daha bir girovun cəsədini tapıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölən şəxs Ron Benjamindir. Onun cəsədi İsrailə aparılıb, sonra şəxsiyyətinin müəyyən edilməsi üçün Ədliyyə Tibb İnstitutuna təhvil verilib. Şəxsiyyəti təsdiqlədikdən sonra İDF nümayəndələri məlumatı mərhumun ailəsinə çatdırıblar.
Bundan əvvəl İsrail hərbçiləri Qəzza zolağında üç israilli girovun, o cümlədən Şani Lukun cəsədini aşkarlayıb. Onun zorakılığını sübut edən görüntülər dünya mediasının diqqətini çəkib.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər