14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İDF səhvən İsrail kəndi yaxınlığında sursat atıb
Tarix: 17-05-2024 19:49 | Bölmə: Dünya

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə sursatlardan birini səhvən İsrailin cənubundakı Yated kəndi yaxınlığındakı əraziyə atıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xoşbəxtlikdən sursat partlamayıb.
İnsident mayın 17-si cümə günü səhər Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfaha hava hücumu zamanı baş verib.
Bu barədə məlumat verən İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti belə qeyri-adi hadisənin- şəraitinin diqqətlə öyrəniləcəyinə inandırıb.
O, həmçinin "nəzərdə tutulan hədəfə zərbənin bir neçə dəqiqəyə tamamlandığını" bildirib.
Sursatın düşdüyü yerdə texniki mütəxəssislər işləyir, hərbçilər isə sursatın fraqmentlərini toplayır. Vətəndaşlardan bütün işlər bitənə qədər təhlükə zonasına yaxınlaşmamaları xahiş olunur.
RİA Novosti yazır ki, araşdırmanın nəticələri İsrail Hərbi Hava Qüvvələrinin komandanına təqdim olunacaq.





Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər