22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Ərdoğan İraq və Suriyada PKK-ya qarşı əməliyyatlar elan edib
Tarix: 06-05-2024 23:04 | Bölmə: Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara yaxın vaxtlarda Şimali İraq və Suriyada Kürdüstan Fəhlə Partiyasının yaraqlılarına qarşı sərhədyanı hərbi əməliyyatlar keçirəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “TRT Haber” telekanalının yayımladığı kabinet iclasında Türkiyə prezidenti Türkiyədə terrorçu sayılan və qanunla qadağan edilən PKK-ya qarşı hədəfli zərbələrin endirilməsini açıqlayıb. Ərdoğan PKK-nın manevr imkanlarının xeyli daraldığını vurğulayıb. Yeri gələndə Türkiyə lideri davam etdi: “Biz Suriyada müttəfiqlərin yerinə yetirilməmiş vədləri səbəbindən yarımçıq qalan işləri mütləq başa çatdıracağıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkənin şimalında Türkiyə ilə həmsərhəd olan 30-40 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını 2024-cü ilin yayına qədər başa çatdıracağına söz vermişdi.
Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasında Həmas Siyasi Bürosunun Qəzza zolağında İsraillə barışıq əldə etməsini alqışlayıb, həmçinin Türkiyədə işsizlik və inflyasiyanın azaldılmasına söz verib. Hazırda ölkədə işsizlik 8,7%, inflyasiya isə illik hesablamada demək olar ki, 70%-ə çatıb. Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək daha əvvəl qeyd edib ki, ilin sonuna qədər Türkiyə Mərkəzi Bankı inflyasiyanın 36% səviyyəsində olacağını proqnozlaşdırır. Bundan əvvəl Ərdoğan ABŞ-a mayın 9-na planlaşdırılan səfərini ləğv edib.




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər