Bütün xəbərlər
Rusiya Nevada ştatında subkritik nüvə sınaqlarını izləyir
Tarix: 20-05-2024 14:27 | Bölmə: Manşet

May ayında ABŞ Nevadadakı nüvə poliqonunda subkritik sınaq keçirib.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, Rusiya “baş verənləri diqqətlə izləyir”.
“Bizim mövqeyimiz eynidir: nə qədər ki, ABŞ tam miqyaslı nüvə sınaqları keçirməyəcək, Rusiya da bu mövqeyə sadiq qalacaq”, – deyə, "!İnterfaks" rəsmidən sitat gətirir.
Bundan əlavə, Ryabkov qeyd edib ki, amerikalılar sınağı nüvə arsenalının müvafiq komponentləri və sistemlərinin məhsuldarlığının sınaqları çərçivəsində həyata keçiriblər. "Biz bu məsələ ilə bağlı ABŞ administrasiyasından gələn bütün ictimai siqnalları qeydə alır və izləyirik", - Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini əlavə edib.
Mayın 14-də ABŞ nüvə başlıqlarının vəziyyətinin monitorinqi çərçivəsində Los Alamos nüvə poliqonunda növbəti “kritikaltı eksperiment” keçirdi. Amerika tərəfi nüvə sınaqlarına qoyulmuş moratoriumun pozulmadığına əmin oldu.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub