Bütün xəbərlər
ABŞ Avropada yeni "B61-12" nüvə bombalarını yerləşdirməyə hazırdır
Tarix: 13-05-2024 16:42 | Bölmə: Dünya

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ artıq yaxın gələcəkdə NATO müttəfiqlərinin Avropadakı hava bazalarında modernləşdirilmiş "B61-12" nüvə bombalarını yerləşdirməyi planlaşdırır.
Qeyd edək ki, Avropadakı bazalardakı nüvə bombalarının sayı əvvəlki kimi qalacaq. "B61-12" təyyarə bombası əvvəlki modifikasiyaları əvəz etmək üçün nəzərdə tutulub. O, müvafiq sertifikatlaşdırmadan keçmiş beşinci nəsil "F-35A Lightning" qırıcı-bombardmançı təyyarələri tərəfindən istifadə edilə biləcək.
Amerika Alimləri Federasiyasının məlumatlarına görə, 2023-cü ilə kimi, "B61 - B61-3/-4" taktiki bombalarının 100-ə yaxın köhnə versiyası Avropalı müttəfiqlərin hava bazalarında yeraltı anbarlardadır.
15 nüvə bombasının hər biri Belçika, Almaniya və Hollandiyadakı hava bazalarında yerləşir. Türkiyə və İtaliyanın hər birində 20 bomba var. Onların hamısı "F-15E", "F-16" və Tornado taktiki qırıcı-bombardmançı təyyarələr tərəfindən istifadə edilə bilər.
Bundan əvvəl Rusiya ABŞ-ı Böyük Britaniyada taktiki nüvə silahı yerləşdirməmək barədə xəbərdarlıq etmişdi.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər