Bütün xəbərlər
Boksçu Usik bu yay mütləq dünya çempionu titulunu itirəcək
Tarix: 20-05-2024 14:35 | Bölmə: Digər

Bazar günü mütləq dünya çempionu adını qazanan ukraynalı boksçu Aleksandr Usik iki həftədən də az müddətə bu statusda qalacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar günü IBF, WBA, WBO və IBO versiyaları üzrə dünya çempionu titullarına sahib olan Usik WBC çempionluq kəmərini britaniyalı Tayson Fyuridən alıb və onu bölünmüş qərarla məğlub edib.
Bununla belə, iyunun 1-də Usik IBF çempionu titulunu boşaldacaq və eyni zamanda mütləq dünya çempionu titulunu itirəcək, jurnalist Dan Rafael xəbər verir.
Aleksandr IBF titulunu qoruya bilməyəcəyindən kəmər Daniel Dubois və Filip Hrqoviç arasında keçiriləcək döyüşdə oynanılacaq.



Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər