Bütün xəbərlər
Aktyor Oleq Zimin 65 yaşında vəfat edib
Tarix: 19-05-2024 21:57 | Bölmə: Mədəniyyət

Rusiyalı aktyor Oleq Zimin 64 yaşında vəfat edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun 2006-cı ildən xidmət etdiyi “Nəsil” Moskva Uşaq Musiqili Dram Teatrının teleqram kanalında məlumat verilib.
Ziminlə vida mərasimi mayın 20-də Nikolo-Arxangelsk krematoriyasında keçiriləcək. Onun ölümünün səbəbləri açıqlanmır.
Oleq Zimin 28 may 1959-cu ildə anadan olub. Qnessin adına Rusiya Musiqi Akademiyasını və Rusiya Teatr Sənəti Akademiyasını bitirib.
Zimin tamaşaçıların yaddaşında “Husar balladası”, “Hussar” məhəbbət hekayəsi”, “Qırmızı papaq”, “Balzaminovun evliliyi”, “Azyaşlı” və başqa tamaşalardakı rolları ilə yadda qalıb.


Baxış sayı: 431


Bölməyə aid digər xəbərlər