14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Çin ABŞ-dan Rusiya ilə qondarma əlaqələrə görə sanksiyaları ləğv etməyi tələb edib
Tarix: 09-05-2024 16:45 | Bölmə: Dünya

Çin Xalq Respublikasının rəhbərliyi ABŞ-dan tələb edir ki, “Rusiya Federasiyası ilə əlaqələrə” görə qara siyahıya salınmış Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etsin.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü He Yadonq bildirib ki, Pekin Vaşinqtonun bu cür təzyiqinə dözməyəcək.
"Biz buna qəti şəkildə qarşıyıq və ABŞ Çin şirkətlərinə qarşı əsassız təzyiqlərini dərhal dayandırmalıdır. Çin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün lazımi tədbirlər görəcək", - He Yadonq bildirib.
RİA Novosti xatırladır ki, sanksiya materik Çin və Honq-Konqdan olan 20 şirkətə qarşı “Rusiya hərbi sənayesini dəstəkləməkdə və Rusiya energetikasını inkişaf etdirməkdə şübhəli bilinərək” tətbiq edilib.
He Yadonq xatırladıb ki, ABŞ Rusiya ilə ticarət fəaliyyətini davam etdirir, çünki bu, onun maraqlarına uyğundur. Amma eyni zamanda Rusiya Federasiyası ilə iş görən Çin şirkətlərinə qarşı davamlı olaraq sanksiyalar tətbiq edilir. Bu, "birtərəfli hədə-qorxu və iqtisadi məcburiyyətin tipik aktıdır" deyən He Yadonq Pekinin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş birtərəfli sanksiyalara həmişə qarşı çıxdığını xatırladıb.
Çin Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, ÇXR Rusiya ilə normal ticarət-iqtisadi əməkdaşlıq hüququna malikdir;



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər