Bütün xəbərlər
"Reuters": İran prezidenti Rəisinin həyatı risk altındadır
Tarix: 19-05-2024 20:39 | Bölmə: Karusel

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullayanın helikopterin qəzaya uğramasından sonra həyatları risk altındadır, adının açıqlanmasını istəməyən İran rəsmisi "Reuters" agentliyinə bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Rəisiyə məxsus helikopterin eniş yerindən gələn xəbərlər "çox ciddi narahatlıq doğurur", "Reuters" yazır.
İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadori Cəhromi X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində İslam Respublikasının vitse-prezidenti Möhsün Mənsurinin Rəisi helikopterinin qəzaya uğradığı yerə getdiyini yazıb.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər