14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Parisdə məşhur zərgərlik mağazası növbəti dəfə qarət edilib
Tarix: 19-05-2024 00:00 | Bölmə: Dünya

Parisin mərkəzində, Yelisey meydanının yaxınlığında üç nəfər "Harry Winston" adlı zərgərlik mağazasını qarət ediblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edənlərin ən azı bir uzun lüləli silahı olub.
"Actu17" portalının polisdəki mənbəyə istinadən verdiyi məlumata görə, insident mayın 18-də yerli vaxtla saat 11:45-də baş verib.
Hücum edənlər havaya silah atəşi açıblar və ilkin məlumatlara görə, mağazanın ona yaxın şüşəsini sındırıblar. Soyğunçular iki motosikletlə çoxlu sayda qızıl-zinət əşyaları ilə hadisə yerindən qaçıblar.
Xoşbəxtlikdən heç kim xəsarət almayıb. RİA Novosti xəbər verir ki, dəymiş ziyanın həcmi hələlik məlum deyil. Paris polisinin quldur dəstəsi ilə mübarizə qrupu araşdırma aparır.
Bu mağaza artıq iki dəfə - 2007 və 2008-ci illərdə silahlı quldurluğun qurbanı olub. Onlara görə 2015-ci ildə səkkiz nəfər doqquz aydan 15 ilədək həbs cəzası alıb.
Təxminən bir il əvvəl bir çox dəbdəbəli mağazaların və yaxınlıqda Fransa Ədliyyə Nazirliyinin yerləşdiyi Vendome meydanında “Bulgari” zərgərlik mağazasının qarət edildiyi bildirilir.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər