Bütün xəbərlər
Zərgərlik zavoduna hücüm - Qızıl və platin oğurlandı
Tarix: 03-05-2019 18:14 | Bölmə: Dünya



Fransanın şərqindəki Şatiyon şəhərində bir qrup silahlı şəxs zərgərlik zavoduna basqın edib.
Trend-in məlumatına görə, yeddi nəfərdən ibarət qrup silahlarla zavodun əməkdaşlarını təhdid edib.
Onlar 20 kiloqrama yaxın qızıl və bir neçə kiloqram platin oğurlayaraq hadisə yerindən uzaqlaşa bilib.
Basqın zamanı xəsarət alanların olmadığı deyilir. Hazırda soyğunçuların axtarışları aparılır.


Baxış sayı: 539


Bölməyə aid digər xəbərlər