Bütün xəbərlər
Onunla mübahisə edən dostunu başından 11 güllə ilə vurub
Tarix: 26-04-2024 11:11 | Bölmə: Cəmiyyət

Balaşixada ziyafət zamanı tanışını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb, İstintaq Komitəsinin Moskva vilayəti üzrə şöbəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət aprelin 25-də Kuçino mikrorayonunda bir neçə dostun toplaşdığı mənzildə törədilib. İçki içdikdən sonra onların arasında mübahisə yaranıb, ehtirasların intensivliyi o həddə çatıb ki, şübhəli şəxs kəmərindən konvertasiya edilmiş “Grand Power-T12-FM2” markalı travmatik tapançanı götürüb və rəqibinin başından azı 11 dəfə atəş açıb. Həkimlər gələnə kimi zərərçəkən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Münaqişə yerində müstəntiqlər tərəfindən 18 ədəd 10x28 çaplı patron aşkar edilib və üzərində üzərində dəyişiklik izləri olan silah ekspertizaya göndərilib. Şübhəli saxlanılıb, qətlin motivi hələ müəyyən edilməyib.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər