Bütün xəbərlər
"Əl-Cəzirə": ABŞ aprelin 14-ü səhər İranın İsrailə hücum edəcəyini gözləyir
Tarix: 13-04-2024 22:56 | Bölmə: Dünya

ABŞ İranın böyük ehtimalla aprelin 14-ü səhər saatlarında İsrailə hücum edəcəyini gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
O vurğulayıb ki, Vaşinqton İsrailə genişmiqyaslı hücum perspektivindən dərin narahatdır.
Eyni zamanda, İsrail kəşfiyyat xidmətləri Tehranın aprelin 13-dən 14-nə keçən gecə hücum həyata keçirəcəyini gözləyirlər, yerli media xəbər verir. İsrailin müxtəlif şəhərlərində ictimai bomba sığınacaqları açılmağa başlayıb.




Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər