Bütün xəbərlər
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
Tarix: 24-04-2024 22:20 | Bölmə: Manşet

Çeçenistan naziri Əhməd Dudayev Çeçenistan rəhbəri Ramzan Kadırovun məşqindən video yayımlayıb və onun xəstəliyi ilə bağlı şayiələri ələ salıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev özünün Telegram kanalında regionun rəhbəri Ramzan Kadırovun məşq etdiyi idman zalından video yayımlayıb.
Dudayev zarafat edib ki, Kadırov “həddindən artıq güc, sağlamlıq və enerji, həmçinin xalqına sevgi və ölkəsinə sədaqətlə” xəstədir.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə liberal media Çeçenistan Respublikasının rəhbərinin guya ağır xəstə olması barədə şayiələr yaymışdı.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər