Bütün xəbərlər
WADA çinli üzgüçülərin işində iştirak etmək üçün müstəqil prokurora müraciət edib
Tarix: 25-04-2024 21:30 | Bölmə: Manşet

Ümumdünya Antidopinq Agentliyi (WADA) çinli üzgüçülərin işini hərtərəfli araşdırmaq üçün müstəqil prokuror Erik Kottieri dəvət etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl KİV 23 çinli üzgüçünün dopinq-testlərində qadağan olunmuş maddələrin izlərinin aşkar edildiyini bildirsə də, WADA idmançıları Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırmayıb.
"WADA-ya qarşı irəli sürülən əsassız ittihamlar fonunda biz müstəqil prokuror Erik Kottieri WADA-nın bu məsələdə hərəkətlərini hərtərəfli yoxlamağa dəvət etdik", - təşkilatın bəyanatında deyilir.
Bildirilir ki, Kottierə Çinli üzgüçülərin işi ilə bağlı bütün WADA fayllarına və sənədlərinə tam və maneəsiz çıxış imkanı veriləcək.
Bundan əlavə, WADA tezliklə yerli antidopinq proqramının uyğunluğunu və mövcud vəziyyətini yoxlamaq üçün Çinə komanda göndərəcək.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər