Bütün xəbərlər
Almaniyada avtobusun aşması nəticəsində onlarla məktəbli xəsarət alıb
Tarix: 21-04-2024 18:17 | Bölmə: Dünya

Almaniyadan İngiltərəyə gedən məktəbliləri və onları müşayiət edən sərnişin avtobusu Almaniyanın qərbində yoldan çıxaraq aşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin verdiyi məlumata görə, Almaniyanın Olpe şəhəri yaxınlığında 75 sərnişini daşıyan avtobusla qəza baş verib.
Hadisə nəticəsində 54 yaşlı sürücü də daxil olmaqla 27 nəfər xəsarət alıb. Qurbanların əksəriyyəti 15-17 yaş arası yeniyetmələrdir. Onlardan dördünün vəziyyəti ağırdır.
Nəqliyyat Marburqdan İngiltərəyə bir qrup məktəblini müşayiət edən şəxslərlə birlikdə aparırdı. Tibbi yardıma ehtiyacı olmayan sərnişinlər yola salınıb. Qəzanın səbəbləri müəyyən ediləcək.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər