Bütün xəbərlər
İsrail ordusunun baş kəşfiyyatçısı istefa verib
Tarix: 22-04-2024 13:49 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi general-mayor Aharon Haliva istefa verdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu addımın səbəbi kimi onun rəhbərlik etdiyi idarənin ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu ilə bağlı xəbərdar edə bilməməsi göstərilir.
Haliva qərarı ilə bağlı İDF Baş Qərargah rəisi Herzi Halevi məlumat verdi. Onun üçün münasib əvəz tapılana qədər öz vəzifələrini yerinə yetirəcək.
İsrail mediası qeyd edir ki, istefa qərarı çoxdan verilib, lakin general Haliva Fələstin anklavında hərbi əməliyyatların aktiv fazasının bitməsini gözləyirdi və İsrail qüvvələrinin əksəriyyəti münaqişə zonasından çıxarılıb.
Aharon Haliva 38 il İsrail Müdafiə Qüvvələrində xidmət edib, TASS yekunlaşdırır.




Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər