Bütün xəbərlər
Bayden Yaxın Şərqdəki vəziyyətə görə istirahət gününü yarımçıq qoyub
Tarix: 13-04-2024 21:02 | Bölmə: Dünya

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar istirahət gününü yarımçıq qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Ev jurnalistlərindən ibarət qrup məlumat yayıb.
Dəqiqləşdirilir ki, dövlət başçısı hazırda Delaver ştatının Rehoboth Beach-dəki iqamətgahından Ağ Evə qayıdır.
Baydenin milli təhlükəsizlik komandası ilə Yaxın Şərqdəki hadisələrlə bağlı məsləhətləşmələr aparması planlaşdırılır.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında MSC Aries gəmisini ələ keçirmişdi. İsrailin xarici işlər naziri İsrael Katz İranı piratçılıqda və beynəlxalq hüququ pozmaqda ittiham edib, həmçinin dünya ictimaiyyətini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb.



Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər