Bütün xəbərlər
Patriarx Kirill Dmitri Kiselevi "Radonej Sergius" ordeni ilə təltif etdi
Tarix: 26-04-2024 12:14 | Bölmə: Karusel
Patriarx Kirill Dmitri Kiselevi "Radonej Sergius" ordeni ilə təltif etdi




Moskva və Bütün Rusiyanın Patriarxı Kirill “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselevi 70 illik yubileyi münasibətilə təbrik edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Primatı məşhur jurnalistin ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına töhfəsini qeyd edərək, onu 1-ci dərəcəli "Müqəddəs Sergiy Radonej" ordeni ilə təltif edib.
Rus Pravoslav Kilsəsinin rəsmi saytında dərc edilmiş patriarxın təbrikində deyilir: “Rəhbərlik etdiyiniz qurumun Rus Pravoslav Kilsəsi ilə səmərəli əməkdaşlığına görə sizə minnətdaram və ümid edirəm ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir".
“Sizə güc və ilham, Tanrıdan kömək və ölkənin və həmvətənlərin rifahı naminə gələcək xidmətinizdə uğurlar arzulayıram”, - deyə, patriarx təbrikini yekunlaşdırıb.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər