Bütün xəbərlər
Şoyqu Astanaya ŞƏT-ə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşü üçün gəlib
Tarix: 25-04-2024 22:24 | Bölmə: Karusel

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Qazaxıstana işgüzar səfərə gəlib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri aprelin 26-da ŞƏT-ə üzv ölkələrdən olan həmkarları ilə keçiriləcək görüşdə iştirak edəcək, iclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin, habelə təşkilat formatında müdafiə idarələri arasında əməkdaşlığın müzakirəsi planlaşdırılır.
Bundan əlavə, mətbuat xidməti əlavə edib ki, Şoyqu Astanada bir sıra ikitərəfli görüşlər keçirəcək.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər