Bütün xəbərlər
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
Tarix: 24-04-2024 22:11 | Bölmə: Karusel

Sıktıvkar Şəhər Məhkəməsinin mətbuat xidməti bildirib ki, şahmatçı Qarri Kasparov və əvvəllər terrorçu və ekstremistlər siyahısına daxil edilmiş siyasətçi Gennadi Qudkov (Rusiya Federasiyasında xarici agent kimi tanınıb), həmçinin daha iki nəfər qiyabi həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, terror cəmiyyəti yaratmaqda ittiham olunurlar.
“Məhkəmə terror cəmiyyəti yaratmaqda təqsirləndirilən Qarri Kimoviç Kasparov, Gennadi Vladimiroviç Qudkov, Yevgeniya Sergeevna Çirikova, İvan İvanoviç Tyutrin (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə, idarədən bildirilib. Həbs qətimkan tədbiri 2 ay müddətinə həbs nəzərdə tutulur.
Qeyd olunur ki, cinayət işi Rusiya Federasiyasının Komi Respublikası üzrə Federal Təhlükəsizlik Xidmətinin materialları əsasında başlanıb.
Sıktıvkar Şəhər Məhkəməsinin mətbuat xidməti həmçinin bildirib ki, həbs edilənlərin həbs müddəti onların saxlandığı andan, Rusiya Federasiyasının hüdudlarından kənarda saxlandığı halda - təqsirləndirilən şəxslərin Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanır.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər