Bütün xəbərlər
“Rostov” Ronaldonun qolu sayəsində “Ural”ı məğlub edib
Tarix: 25-04-2024 19:50 | Bölmə: Digər

Rusiya Premyer Liqasının 21-ci turunun təxirə salınmış oyununda "Rostov" səfərdə "Ural"a 1:0 hesabı ilə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Yekaterinburqda baş tutub. Oyunda yeganə qolu 57-ci dəqiqədə Oumar Sakonun assistenti olduğu “sarı-göylər”in braziliyalı hücumçusu Ronaldo vurub.
“Rostov” Rusiya çempionatının son beş oyununda üç qələbə qazanaraq turnir cədvəlində 37 xalla yeddinci, “Ural” isə 24 xalla 13-cü pillədə qərarlaşıb.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər