Bütün xəbərlər
Stoltenberq: "ABŞ və Aİ Ukraynaya lazımi dəstəyi vermədi"
Tarix: 25-04-2024 22:27 | Bölmə: Dünya

Biz dürüst olmalı və etiraf etməliyik ki, Qərb son aylarda Ukraynaya vəd etdiyi hərbi yardım göstərməyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Almaniyaya səfəri zamanı bildirib.
"Gəlin düzünü deyək. Reallıq budur ki, son aylar NATO müttəfiqləri Ukraynaya söz verdikləri yardımı göstərməyiblər", - o deyib.
Stoltenberq ABŞ və Avropadan Kiyevə yardımın gecikdirilməsinin “nəticələrinin olduğunu” qeyd edib.
Aprelin 24-də ABŞ prezidenti Co Bayden Vaşinqtonun xarici müttəfiqlərinə, o cümlədən Ukraynaya hərbi yardım göstərmək üçün Konqres tərəfindən əvvəllər təsdiqlənmiş qanunlar paketini imzalayıb.
Bundan az sonra dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün bir neçə saat ərzində bərpa olunacağını bəyan edib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər