Bütün xəbərlər
Sumqayıtda şəhidə həsr olunmuş “Bir ovuc torpağa sevgi “ adlı xatirə gecəsi keçirildi-VİDEO+FOTOLAR
Tarix: 16-04-2024 12:35 | Bölmə: Reportaj
15 aprel 2024-cü il tarixində saat 11:00-da N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində I Qarabag müharibəsi şəhidi Məmmədov Əhməd Teymur oğlunun anım gününə həsr olunmuş “Bir ovuc torpağa sevgi “ adlı xatirə gecəsi keçirildi.

                
                
                

Əvvəlcə döyüşü əks etdirən, eləcədə şəhidin şəkillərindən ibarət foyedə akustik gitarada İsazadə Telman vətənpər mahnılarla tədbir iştirakçılarını salamladı.

                
                
                
Tədbirin aparıcısı Əməkdar artist Cəlal Məmmədov idi.
Gecədə Milli Məclisin deputatları Müşfiq Məmmədli, Ceyhun Məmmədov ,Fəlsəfə elmləri doktoru Mail Yaqubov , Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə Vətənin bölünməzliyindən, şəhidlərin ölməzliyindən söhbət açdılar. Şəhidin oğlu Zaur Əhməd ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Şəhid Məmmədov Əhmədin ömür və döyüş yolundan bəhs edən Şəhid Əhməd: "Oğluna məktub” adlı sənədli filmin təqdimatı oldu. Əməkdar artist Rauf Ağakişiyevin ifasında R.Qusarçaylının “Azərbaycan Bayrağı” şeiri səsləndi. Xanəndələrdən Tural Salmanov, Məlahət Hacıyeva, gənc müğənni Aydan Salahova vətənpərvər mahnılarla çıxış etdilər.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
               
               





Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər