Bütün xəbərlər
Ağ Ev sözçüsü: "ABŞ İsraili qeyd-şərtsiz müdafiə etməyə hazırdır"
Tarix: 14-04-2024 22:45 | Bölmə: Dünya

ABŞ İsraili dəstəkləyir və dövlətə bir daha hücum edilərsə, onu qeyd-şərtsiz müdafiə edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.
Rəsmi Vaşinqton Tehranın İsrailə hücumunu ehtiyatsız və təhlükəli hərəkət kimi qiymətləndirir. Bu, Yaxın Şərqdə gərginliyin daha geniş şəkildə artması riskini daşıyır.
Ağ Evin sözçüsü ABŞ-ın İsrailin özünümüdafiə hüququnu tanıdığını vurğulayıb. Bununla belə, onlar İrana qarşı cavab hərbi əməliyyatında iştirak etmək niyyətində deyillər, - RİA Novosti xəbər verir.
Bu arada ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib ki, İran İsrailə hücum zamanı 100 ballistik raket, 151 pilotsuz təyyarə və 30-dan çox qanadlı raket daxil olmaqla, 300-dən çox hərbi sursatdan istifadə edib.
İranın İsrailə hücumu bazar günü gecə baş verib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər